Modern.az

Rusiyada rəsmilər anomal istilər barədə xəbərdarlıq etdi  

Rusiyada rəsmilər anomal istilər barədə xəbərdarlıq etdi  

Dünya

5 İyul 2020, 10:35

Rusiyada hidrometeoroloqlar anomal istilər barədə xəbərdarlıq edib.

 

Modern.az “RİA Novosti”yə istinadla bildirir ki, Saratov vilayətində, 5-7 iyul tarixlərində havanın istiliyi müsbət 40 dərəcəyə qədər yüksələcək. 

 

Rostov (40-41 dərəcə), Həştərxan (40-42 dərəcə), Kalmıkiya (42-43 dərəcə) bölgələrində də isti hava gözlənilir.

 

Meteoroloji proqnozda o da deyilir ki, Başqırdıstan, Cənubi və Şimali Qafqaz Federal Dairələrində, Çelyabinsk, Kurqan, Kemerovo Bölgələrində, Altay diyarında, Krasnoyarsk diyarında, Çukotka Muxtar Dairəsində yüksək temperatura görə, yanğın təhlükəsi gözlənilir. 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi