Modern.az

Bakıda xeyli orta məktəbin direktoru yoxdur

Bakıda xeyli orta məktəbin direktoru yoxdur

15 Yanvar 2010, 14:35

Hazırda Bakı şəhərindəki bir sıra ümumtəhsil məktəbinin direktoru yoxdur.  Bu təhsil müəssisələrinə rəhbərlik edən şəxslər müxtəlif səbəblərdən vəzifələrindən uzaqlaşdırılıblar. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı Modern.az-a paytaxtda xeyli orta məktəbdə direktor postunun boş olduğunu təsdiqləsə də, onların sayını açıqlamayıb.

Z.Əliqızı saytımıza bildirib ki, sözügedən məktəblərə direktorlar məsləhət bilinəndə təyin olunacaq: “Hazırda bir neçə məktəbdə direktor yoxdur. Bizim pedoqoji kadr bankımız var. Direktorlar buradan təyin olunur.
Hazırda direktoru olmayan məktəblər müvəqqəti olaraq bizim nümayəndələrimiz tərəfindən idarə olunur. Ancaq namizədlər var. Nə zaman məsləhətdirsə, biz o zaman vakant yerlərə direktorlar təyin edəcəyik”.

Z.Əliqızının sözlərinə görə, direktor vəzifəsinə namizəd şəxslər müəyyən şərtlərə cavab verməlidirlər. Belə ki, həmin şəxslərin yaşı 50-ni ötməməli, 5 illik pedaqoji təhsilə və kollektivlə işləmək bacarığına malik olmalıdırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir