Modern.az

“Fairmont Baku” otelində karantini pozanlar saxlanıldı - VİDEO

“Fairmont Baku” otelində karantini pozanlar saxlanıldı - VİDEO

Hadisə

5 İyul 2020, 18:25

Bakının məşhur hotellərindən  olan "Fairmont Baku"da karantin rejiminin pozulmasını əks etdirən fotoların sosial şəbəkələrdə yayılması polisi hərəkətə gətirib.

Modern.az xəbər verir ki, yayılan şəkillərdə karantin rejiminin qaydalarına zidd olaraq hovuzun müştərilərin ixtiyarına verildiyi və orada sosial məsafə gözlənilmədən kütləvi şəkildə çimənlər olduğu görünür.

Hovuz ətrafında istirahət edən şəxslərin görüntüləri sosial şəbəkələrdə yayılandan sonra polisin oteldə əməliyyat keçirdiyi  və karantin qaydalarını pozan şəxslərin saxlanıldığı bildirilir.


Məlumata görə, əməliyyat nəticəsində “Fairmont Baku” otelində 10-dan çox şəxs saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Hazırda onlar barəsində araşdırma aparılır və nəticəyə uyğun olaraq hüquqi addımlar atılır. İctimaiyyətə geniş yekun məlumat veriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür