Modern.az

16 ilin dağıdılmış Komitəsini iki ilə yenidən quran beyinlər, bayramınız mübarək

16 ilin dağıdılmış Komitəsini iki ilə yenidən quran beyinlər, bayramınız mübarək

Diaspor

5 İyul 2020, 18:36

Vüsalə Hüseynli

İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri

 

Azərbaycan Respublikası  Diaspora Komitəsinin yaranmasından 18 il ötür. 5 iyul ölkəmizdə Diaspora Günü kimi tanınır. 2002-ci il iyulun 5 də ölkəmizdə Diaspora ilə İş Üzrə Dövlət Komitəsi yaradılıb.

Bu 18 ili təhlil edən zaman Komitənin diaspora fəaliyyətinə iki prizmadan baxmaq vacibdir.  Birinci prizma Komitə yarandığı gündən  23 aprel 2018-ci ilə kimi, ikinci prizma 2018-ci ildən bu günə kimi gedilən tarixi yolu özündə etiva edir.


İtirilmiş 16 il


Diaspora fəaliyyətinin birinci mərhələsi: 16 illik tarix. Bu illəri böyük mənada itirilmiş illər kimi dəyərləndirmək daha məntiqli olardı. Unutmamışıq: Diaspora Komitəsi 16 ildə Azərbaycanın xarici ölkələrdə yaşayan insanlarının inteqrasiyası, azərbaycançılıq prinsiplərinə sadiqliyin təbliği, Dağlıq Qarabağ münaqişəşi ilə bağlı  həqiqətlərin dünyaya yayılması, Azərbaycan diasporasının erməni diasporasına qarşı güclü dayanması, informasiya mübadiləsində hücum taktikasının genişləndirilməsi kimi problemlərin həlli ilə məşğul olmaq əvəzinə, xaricdə yaşayan azərbaycanlılar arasında intriqa yaratmaqla işini bitmiş sayıb.

 

Məhz ötən 16 ildə nə Avropada, nə Asiya ölkələrində, nə də Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həll edilməsi istiqamətində konkret işlər görülməyib. Əksinə, erməni diasporunun qarşısında Azərbaycan diasporasının səsi eşidilməyib. Bəzən isə eşidilmək cəhdinin nəticəsi effektli olmayib.

Əksər xarici ölkələrdə iki  və daha çox diaspora təşkilatı fəaliyyət göstərirb ki, onları koordinasiya etmək mümkünsüz olub. Əksər hallarda diaspor təşkilatları bir-biri ilə intriqalar aparıb, vahid düşmənə qarşı birləşmək əzvəsinə özləri bir-birmə düşmən kimi baxıblar.

Diaspor quruculuğu sahəsində aparılan işlərin güclənəcəyinə illərlə ümid etsək də 16 il yanıldığımızı bir daha təsdiqlədi. Diaspor təşkilat sədrləri arasında yaşanan qalmaqallar, təşkilatdaxili parçalanmalar, ittihamlar daim milli maraqların qorunmasına ağır zərbələr vurdu. Avropada bir çox diaspor təşkilatının hansısa əlamətdar və ya anım günlərində keçirdikləri aksiya və ya tədbirlərin isə heç bir çəkisi olmurdu. Çünki bu tədbirlərə yığışanlar elə özümüz olurduq, özümüz deyib, özümüz də eşidirdik. Səsimizi Avropa mediasında ictimaiyyətə çatdıra bilmirdik. Baxmayaraq ki, xaricdəki Azərbaycan diaspor təşkilatlarının sayı heç də az deyildi. Amma Azərbaycan həqiqətlərini, ermənilərin işğalçılıq siyasətini istədiyimiz formada dünya ictimaiyyətinə həzm etdirə bilmiirdik.  Nöqsanlarımız, çatışmayan cəhətlərimiz yetərincə idi. Çünki diaspora quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi bir-birilə üzvü surətdə bağlı olan, qırılmaz vəhdət təşkil edən əsas məsələdir. Hər üç məfhumu bir-birindən ayrılıqda təsəvvür etmək mümkünsüzdür. Amma keçən 16 ildə görüntü başqa cür oldu. Nəinki diasporanın birgə fəaliyyəti, lobbiçiliyə keçid barədə düşünülmədi. Həmrəylik, birlik isə mümkünsüz görünürdü. Konkret: diasporanın adı var idi, özü yox.

Bu yazını hazırlayan zaman çox araşdırma apardım. Ancaq Komitənin 2013-cü ilə kimi olan fəaliyyəti rəsmi  görüşlər və beynəlxalq tədbirlərdən kənara çıxmadı. Daha doğrusu, adı diaspora olsa da diasporanın inkişafından başqa digər fəaliyyətlər həyata keçirilib. Bunların sirasına beyin mərkəzlərindən tutmuş,  beynəlxalq Forumların keçirilməsi, vəzifədən çıxmış şəxslərin ölkəmizə səfərləri, bir qrup yerli media nümayəndələrinin diaspora tədbirləri çərçivəsində Avropa ölkələrinə turne səfərlərinin təşkili və s.

Nəhayət 2013-cü ildə Nizami Gəncəvi Mərkəzinin fəaliyyətə başlaması və bunun ardınca Bakı Qlobal Forumunun ərsəyə gəlməsi, diaspora qovluğundan 16 ildə qırmızı xətlə keçən tədbirlərdəndir.  Hərçənd hər iki tədbir Azərbaycan maraqlarını təmin etsədə də, hələ də Davos, Münhen Forumları statusuna qalxa bilməyib.

Demək olar hər birimizin bu miskin gerçəklikdən xəbri var. Lakin bu 16 ildə nə bir jurnalist, nə bir diaspora fəalı, nə də vətəndaş cəmiyyəti nümayəndəsi  müsahibəsində, açıqlamasında, mövqe yazsında düşdüyümüz durum barədə güldən ağır bir söz işlətmədi. 

Xüsusən media tənqidlərin yükünü o qədər azaltdı ki, Diaspora Komitəsinin bu gün acı tarixə dönən əməlləri gün işığına çıxmadan elə qaranlıqdaca merkantil maraqlar üzərində daha səylə cövlan etdi.

Ötən 16 ildə Komitənin başı daha çox bəzi media nümayəndələrini  xaricdə diaspora tədbiri  adı altında turne gəzintisinə aparmaqdan ibarət olub

Bu mənzərə Prezidentin sərt reaksiyasına səbəb oldu. 16 illik səmərəsiz fəaliyyətə 23 aprel 2018-ci ildə tarixində nöqtə qoyuldu, ağır yaralanan diasporanın dirçəldilməsi Milli Məclisin aktiv, işləyən deputatlarından sayılan, beynəlxalq siyasəti gözəl bilən gənc  kadr – Fuad Muradova həvalə edildi.

 

Qızıla bərabər son 2 il

 

Prezidentin bu təyinatı ictimaiyyətın sadə təbəqəsi tərəfindən alqışla qarşılansa da, köhnə sədrin zamanında turist səfərlərinə alışanlar tərəfindən o qədər də  təqdir olunmadı və bu özünü çox da gözləıtmədi. İllərlıə yatan Komitənin ilkin uğur qığılcımları görünməyə başlayar başlamaz, bir qrup təbəqə müsbətlərə mənfi deməklə görəvləndirildilər.

Lakin eninə-uzununa danışanlara rəğmən,  yerli-yersiz atılan daşlara baxmayaraq, Fuad Muradov tam gücünü prezidentə verdiyi sözü tutmağa səfərbər etdi və diaspora quruculuğunu kərpic-kərpic hörməyə başlanıldı.

Uzaqdan baxana mübarizə asan gəlir. Ancaq əsl məsələ odur ki, dağıdılmış, xarabalıqlar üzərində qala tikməyi bacarasan. Bəli etiraf etsək də, etməsək də, diasporanın gənc rəhbəri bunu bacardı. Qısa zamanda 27 ölkəni əhatə edən 11 koordinasiya şurası yaradıldı. Parçalanmış, qopmuş  diaspora fəalları barışdırıldı, birgə fəaliyyətə nail olundu. Azərbaycanın bir parçası sayılan 9 ölkədə, 10 şəhərdə  - Almaniya (2), Macarıstan, Gürcüstan, İspaniya, Ukrayna, İtaliya, Türkiyə, Belçika və Polşada Azərbaycan evləri yaradıldı, Ən önəmlisi, ilk dəfə Avropanın göbəyi sayılan Almaniya paytaxtında Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirildi. Hansı ki, bu tədbir özü-özlüyündə dünyaya Azərbaycanın gücünü, möhtəşəmliyini, diasporasını  mesaj olaraq ötürürməyi bacardı.

2019-cu ildə birinci vitse-prezident  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 300 mindən çox azərbaycanlının yaşadığı  və daima dil və s  problemlə üzləşdiyi Gürcüstanda  Azərbaycnlıların İnteqrasiya Mərkəzi yaradıldı və orada hazırda gənclərə  11 fənn üzrə  kurslar  tədris edilir.

İllərlə əməlli-başlı işləməyən Komitənin veb saytı 3 dildə fəaliyyət göstərir və 98 ölkədən izlənilir.  16 ildə yaradılmayan   xaricdə yaşayan soydaşlarımızın infoqrafik xəritəsi yardılıb və  buraya 49 ölkədə fəaliyyət göstərən 500-dən çox diaspor təşkilatı haqqında informasiya toplanıb. Məhz bu irəliləyişin nəticəsidir ki,  son dövrlər elektron müraciətlərin sayı artıb və operativ şəkildə cavablandırılır. İllərlə özünü diaspora fəaliyyətinə həsr etmiş soydaşlarımızın dövlət tərəfindən dəstəklənməsi, diqqətə, qayğıya layiq görülməsi ilə bağlı “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi,  soydaşlarımıza vətənlərində müəyyən güzəştlərin tətbiqi kimi məsələlər reallığa çevrildi. Uzun illər Azərbaycan torpağına qədəm qoymayan həmyerlilərimizin özlərinin, övladlarının “Vətən uzaqda deyil” devizi altında yay düşərgəsi təşkil olundu. Komitənin Diaspora TV və radiosu fəaliyyətə başladı.

Sadaladığıqlarımız və sadalamadıqlarımız hamısı son 2 də reallaşıb. Doğrudur, deyə bilərik ki, bu işlər dövlətin maliyyəsi ilə reallaşır. Sizinlə razıyam. Ancaq unutmayaq ki, keçən 16 ildə də dövlət maliyyə ayırırdı və bu maliyyənin hara və nəyə xərclənməsi görünmürdü, bilinmirdi.

Bu gün möcüzəvi fəaliyyət daha da şaxələndirilir. Bu uğuru qəbul edə bilməyən böhtan atanların niyə belə etdikləri aydındır. Atalar sözü var: "Bar verən agaca daş atan çox olar. Ölü qurumdan, işlək quruma çevrilən, yaşadığımız gərgin dövrdə imkanı daxilində hər bir azərbaycanlının yanında olmağa çalışan Komitə, atılan daşlara baxmayaraq, uğurlarını davam etdirir. Həm də Vətənin heçdə uzaqda olmadığnı təsdiq edə-edə.

Bayramınız mübarək, uğurlarınız bol, yolunuz açıq olsun!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir