Modern.az

Bəhram Bağırzadə həftəsonunadək süni tənəffüs aparatından ayrıla bilər

Bəhram Bağırzadə həftəsonunadək süni tənəffüs aparatından ayrıla bilər

Aktual

6 İyul 2020, 12:30

"Ümidvarıq ki, bu həftəsonuna qədər Bəhram Bağırzadə süni tənəffüs aparatından tam ayrıla biləcək".


Bunu Modern.az-a Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tanınmış  ürək həkimi Rəşad Mahmudov bildirib.


R.Mahmudov qeyd edib ki, digər koronaviruslu xəstələrin də vəziyyəti müsbətə doğru gedir:

"Hər şey stabildir. Bəhram Bağırzadənin vəziyyətindəki müsbət dinamika davam edir. İntensiv müalicə ilə birlikdə reabilitasiya prosedurları aparılır. Ümidvarıq ki, bu həftə sonuna gədər süni tənəffüs aparatından tam ayrıla biləcək.

Bu arada Bəhram Bagırzadə ilə birlikdə intensiv müalicəsi aparılan digər xəstələrin də müalicəsində müsbət dinamika var. Ümid edirik ki, bu çətin günlərdə reanimasiyamıza düşən bütün xəstələrimizə də bu günə gədər olduğu kimi, bundan sonrada kömək edə bilərik".

Deputat səhiyyə işçilərinə də öz təşəkkürünü bildirib:

"Fürsətdən istifadə edib, xalqımız adından bir daha Mərkəzi Gömrük Hospitalında çalışan əməkdaşların timsalında qəhrəman səhiyyə işçilərimizə sonsuz təşəkkür edirik. Onlara bu fədakar və şərəfli missiyalarında daha çox əzim, dözüm və can sağlığı arzulayırıq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı