Modern.az

"20 Yanvar faciəsi şahid jurnalistlərin gözü ilə» adlı dəyirmi masa keçiriləcək

"20 Yanvar faciəsi şahid jurnalistlərin gözü ilə» adlı  dəyirmi masa keçiriləcək

15 Yanvar 2010, 15:18

Azərbaycan Mətbuat Şurası «20 Yanvar faciəsi şahid jurnalistlərin gözü ilə» mövzusunda dəyirmi masa keçirəcək. Şuradan Modern.az-a verilən məlumata görə, tədbir yanvarın 19-da saat 12.00-da qurumun ofisində olacaq.
Həmin gün Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin və jurnalistlərin  Şəhidlər Xiyabanını ziyarəti də nəzərdə tutulur.
Dəyirmi masada 20 Yanvar faciəsinin aspektlərinə, hadisə öncəsi və ondan sonrakı proseslərin, dəhşətli olayı doğuran səbəblərin jurnalist yaradıcılığına təsirinə, hazırkı dövrdə medianın onu işıqlandırılması xüsusiyyətlərinə dair fikir mübadilələri aparılacaq.

Tədbirdə 20 Yanvar faciəsinin şahidi olmuş jurnalistlərin, kütləvi informasiya vasitələri rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?