Modern.az

Rəhman, 145 yaşın mübarək!

Rəhman, 145 yaşın mübarək!

Aktual

7 İyul 2020, 12:03

145 il milli mətbuatımızın tarixidir. İki həftədən sonra dövlət səviyyəsində qutlanacaq. Bu tarixin çağdaş dönəminin ünlü simalarından biri də özü sumqayıtlı olan, uzun sürə "Vışka" qəzetində çalışmış, 90-cı illərdə öz çabaları hesabına "Bakinets" adlı gözəl bir qəzet buraxmış, sonralar "Azərikimya"nın baş danışmanı olmuş Əməkdar jurnalist Rəhman Orxandır. Əqidəli, kolay qələmli, saf bir yazar olması nədəni ilə kəndisinə:"145 yaşın mübarək!" - deməyi tərcih etdim.

Rəhman bəyin atası rəhmətlik Əbdürrəhman kişi ulu öndərlə eyni ildə, eyni ayda dünyaya gəlib. Rəhman lap uşaq yaşlarından onun Heydər Əliyevə sevgi və sayğılar bəslədiyinin şahidi olub və özü də böyük şəxsiyyətin vurğunlarından olub. 1988-ci ildə "Vışka"nın müxbiri kimi Naxçıvanda olarkən iki dəfə Sosialist Əməyi Qəhrəmanı olan ulu öndərin büstü qarşısında "obkom" yetkililəri ilə birgə şəkil çəkdirmək istədiyində hamısı qaçıb gizləniblər. 1992-ci ilin prezident seçkiləri ərəfəsində şimal rayonlarından hazırladığı yazılarında adı adaylar sırasında olmayan Heydər Əliyevi təbliğ edib.
1993-cü ildə "Bakinets" qəzetində ulu öndərin böyük bir şəklini verib və "O qayıtdı!" müjdəsini rusdilli oxuculara çatdırıb. (Ertəsi gün "Nyu-York Tayms" və "Vaşinqton Post" qəzetlərinin müxbiri Tomas Qolts ABŞ mətbuatında onu tənqid atəşinə tutaraq yazıb ki, “Bakinets” qəzeti bolşevik lideri Heydər Əliyevin hakimiyyətə gəlişini sevinclə, alqışlarla qarşıladı”...

Bayram ərəfəsində Rəhman Orxanın jurnalist ömrünün bu və digər fraqmentlərindən bəhs edən bir yazı ilə çalışdığım "Xalq qəzeti"ndə çıxış etmək amacındayam. Çünki o, layiqli həmkar, ziyalı şəxsiyyət, mehriban dostdur.

P.S. Bu qeydlərimdə Türkiyə türkcəsinə aid olan bəzi sözləri isə mən Rəhmanın acığına bilərəkdən kullandım. Çünki bəzən qələmdaşlarının bu cür ifadələr işlətməsini ifrat dərəcədə tənqid atəşi ilə yakıyor. Unudur ki, dünyanın tüm türk aydınları illərdir ortaq türk dilini yaratmaq istəyirlər ki, anlaşma kolay olsun.

Başarılar diləyirəm, arkadaş!


Əli Nəcəfxanlı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür