Modern.az

“Ticarət obyektlərində karatin qaydalarına riayət olunmur” - İQTİSADÇI

“Ticarət obyektlərində karatin qaydalarına riayət olunmur” - İQTİSADÇI

7 İyul 2020, 13:12

COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi, o cümlədən bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi tətbiq edilən ərazilərdə artıq xeyli müddətdir ki, müxtəlif dövlət qurumları tərəfindən fəaliyyətinə icazə verilmiş sahələrdə xüsusi karantin şərtlərinə, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi vəziyyəti ilə bağlı monitorinqlər keçirilir.

 

Monitorinqlər zamanı bir çox istehsal sahələrində, ticarət və xidmət obyektlərində müəyyən olunmuş qaydaların pozulması hallarına rast gəlinir, sahibkarlıq subyektləri tərəfindən müvafiq tələblərə etinasız, bir çox hallarda formal yanaşıldığı aşkarlanır.

 

İqtisadçı ekspert Qalib Toğrul Modern.az-a bildirib ki, iri supermarketlər istisna olmaqla, bu gün şəhərin əksər ticarət obyektlərində karantin rejiminin tələblərinə ya əməl olunmur, ya da qismən əməl olunur:

 

“Ticarət və xidmət sahələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına əməl olunması günün vacib və təxirəsalınmaz addımıdır. Sahibkarlar anlamalıdırlar ki, obyektin girişində dezinfeksiyaedici məhlulların yerləşdirilməsi, işçilərin maska taxması, istehlaklçıların mağazalara növbə ilə girişinin təşkili onların sosial məsuliyyətidir. İstehlakçılar isə öz növbələrində fiziki məsafəni gözləməli, maska taxmalı və növbəliliyə riayət etməlidirlər ki, sıxlıq yaranmasın. Sahibkarlar onu da unutmamalıdırlar ki, bu bəladan qurtulmaq onların bizneslərinin normal vəziyyətə dönüşü üçün vacibdir. İstehlakçılar və sahibkarlar bu prosesdə bir-birlərinə nəzarət etməli, karantin rejiminin tələblərinə əməl olunmasına çalışmalıdırlar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi