Modern.az

Nazirlikdən hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Nazirlikdən hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

7 İyul 2020, 13:24

8 iyulda gözlənilən hava şəraiti açıqlanıb. 

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, 8 iyulda Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. 

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz 35-39, Bakıda  gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək. 

 

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq. 

 

8 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi qərb rayonlarında  şimşək çaxacağı, yağış yağacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.  

 

Havanın temperaturu  gecə 21-26, gündüz 35-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə  isti olacaq.   

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, arabir durğun hava şəraiti və gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi