Modern.az

Mirşahinin vəziyyəti necədir? - AÇIQLAMA

Mirşahinin vəziyyəti necədir? - AÇIQLAMA

Media

8 İyul 2020, 10:30

Koronavirus  (COVID-19) infeksiyasına yoluxan “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Real TV) baş direktoru Mirşahin Ağayevin vəziyyəti stabildir və müalicəsi davam etdirilir.


Bunu Modern.az-a açıqlamasında “Real”ın baş redaktor müavini Lalə Nurəddinqızı bildirib.

 

L.Nurəddinqızının sözlərinə görə, M.Ağayevin həyat yoldaşı Səbinə Ağayeva bəzi məlumatlarda deyildiyi kimi xəstəxanada deyil:


“Onun səhhətiylə bağlı heç bir problem yoxdur”.


Qeyd edək ki, təhlükəsizlik səbəbilə Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir