Modern.az

Daha bir sığorta şirkəti bazarı TƏRK EDİR

Daha bir sığorta şirkəti bazarı TƏRK EDİR

8 İyul 2020, 15:05

Avqustun 10-da, saat 11:00-da “Rəvan Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

 

Modern.az Fed.az-a istinadən xəbər verir ki. yığıncaq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 40 ünvanında yerləşən baş ofisində olacaq.

 

Yığıncağın gündəliyinə "Rəvan Sığorta"nın könüllü qaydada ləğv edilməsi, lisenziyasının ləğvi üçün Azərbaycan Mərkəzi Bankına Müraciət edilməsi, Ləğvetmə Komissiyasının yaradılması və Gəncə Filialının ləğv edilməsi məsələləri daxildir.

 

Xatırladaq ki, 2020-ci ilin yanvar-may ayları üzrə «Rəvan Sığorta» yığımların həcminə görə, 1 milyon 58 min manatla, bazar payı 0,3% olmaqla ölkədə 21 şirkət arasında 18-ci yeri tuturdu.

 

Ödənişlərin  həcminə görə isə şirkət ilk 5 ayda 176 manat məbləğlə (bazar payı 0,12%) 21 şirkət arasında 18-ci yeri tuturdu.

 

Xatırladaq ki, "Rəvan Sığorta" 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i "Nurgun Group of Companies"ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank"a məxsusdur.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı