Modern.az

Dünyanın ən zəngin insanı rekordunu YENİLƏDİ – 182,6 milyard dollar

Dünyanın ən zəngin insanı rekordunu YENİLƏDİ – 182,6 milyard dollar

9 İyul 2020, 10:24

Dünyanın ən varlı insanı - “Amazon” şirkətinin sahibi Ceff Bezosun sərvəti rekord vurmaqda davam edir. Modern.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, ötən həftə 172 milyard dollar sərvəti olan iş adamı hazırda 182,6 milyard dollara malikdir.

 

Hazırda kapitallaşma səviyyəsi 1,5 trilyon dollara çatan “Amazon” şirkətinin 11% səhminə Bezos sahibdir.

Bu günə dünyanın ən zəngin insanına məxsus sərvətin maksimal həddi 2018-ci ilin sentyabrında qeydə alınmışdı. Həmin vaxt Bezosun sərvəti 167,7 milyard dollar olmuşdu.

 

Maraqlidir ki, iş adamının sərvəti ABŞ-ın Ümumi Daxili Məhsul İstehsalının 0,89%-ni təşkil edir və dünyanın 500 ən zəngin insanın malik olduğu toplam sərvətin 3%-ni təşkil edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir