Modern.az

Azərbaycanda 2,6 milyon tondan çox taxıl yığılıb

Azərbaycanda 2,6 milyon tondan çox taxıl yığılıb

9 İyul 2020, 13:28

Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub.

 

Bu barədə Modern.az-a Kənd Təsərüfatı Nazirliyindən bildirilib.

 

İyunun 9-na olan operativ məlumata görə, ölkə üzrə taxıl zəmilərinin 82,6%-də biçin prosesi başa çatıb. Sahələrdən 2 643 842,7 ton məhsul yığılıb. Yığılan məhsulun 1 012 655,9 tonu arpa, 1 631 186,8 tonu buğdadır. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,5 sentner təşkil edir. Arpa üzrə orta məhsuldarlıq 30,1 sentner, buğda üzrə orta məhsuldarlıq 32,4 sentnerdir.

 

Qeyd edək ki, biçin prosesinə 882 kombayn cəlb olunub. Bunlardan 227-si “Aqrolizinq” ASC-nin biçin bölgəsində yerləşən aqroservislərinin balansında olan kombaynlardır. “Aqrolizinq” ASC tərəfindən biçin başa çatmış bölgələrdən aktiv biçin zonasına əlavə 152 kombayn dislokasiya edilib. Biçin prosesində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 503 kombayn iştirak edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir