Modern.az

Azərbaycanda daha bir məhkəmə hakim vəfat etdi - FOTO

Azərbaycanda daha bir məhkəmə hakim vəfat etdi - FOTO

9 İyul 2020, 14:03

Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov vəfat edib.

 

Modern.az xəbər verir ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən M.Sadıqov 57 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, M.Sadıqov 2010-2015-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2015-ci ildən isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. 

 

Xatırladaq ki, M.Sadıqov son 1 ay ərzində  Azərbaycanda vəfat edən 4-cü hakimdir. Bundan əvvəl Bakı Apellyasiya Məhkəməsinin hakimləri Əfllatin Qasımov, Namiq Məmmədov və Müseyib Hüseynov dünyasını dəyişiblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!