Çempionlar Liqasının ¼ mərhələsinin püşkü atılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan püşkatma zamanı 2 cütlük müəyyənləşib.
“Leyptsiq” klubu “Atletiko” ilə, “Atalanta” isə “PSJ” ilə qarşılaşacaq. Digər cütlüklərin 1/8 final mərhələsinin cavab matçları keçirilmədiyi üçün “Barselona” –“Napoli” matçının qalibi “Çelsi”-“Bavariya” cütlüyünün qalibi ilə oynamalıdır.
“Mançester Siti”-“Real” cütlüyünün qalibi isə “Lion” – “Yuventus” matçının qalibi ilə oynayacaq.