Modern.az

Kubalı həkimlər Azərbaycana köməyə gələcək

Kubalı həkimlər Azərbaycana köməyə gələcək

Aktual

10 İyul 2020, 17:31

Dünyada epidemioloji vəziyyət heç də qənaətbəxş deyil. Azərbaycan milli və regional səviyyədə olduğu kimi qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası işə başlayır. O qeyd edib ki, BMT tarixində cəmi 30 xüsusi sessiyası keçirilib və bu xüsusi sessiya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın epidemiya ilə mübarizə istiqamətində gördüyü tədbirlər xaricdən olan həmkarlar tərəfindən yüksək qiymətləndirilir.

H.Hacıyev bildirib ki, Kubadan Azərbaycana həkim heyətinin gəlməsi nəzərdə tutulur. O qeyd edib ki, Kubanın epidemiyaya qarşı zəngin təcrübəsi var, ebola virusu ilə mübarizədə Kubanın təcrübəsi dünyaya yüksək qiymətləndirilir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə