Modern.az

Nazirlik aprel və mayda 190 manat alan vətəndaşın birdəfəlik ödənişini KƏSDİ

Nazirlik aprel və mayda 190 manat alan vətəndaşın birdəfəlik ödənişini KƏSDİ

10 İyul 2020, 18:31

Qubadlı rayonunda qeydiyyatda olan, lakin faktiki Abeşron rayonu Saray qəsəbəsində yaşayan Təvəkkülqızı Ceyhunə Təvəkkül qızı Modern.az-a etdiyi müraciətdə iyun ayı üçün 190 manat birdəfəlik ödəmədən məhrum edildiyini bildirib. Onun sözlərinə görə, heç kim bu barədə açıqlama vermək istəmir. Vətəndaş aprel və may aylarında 190 manat birdəfəlik ödəmə aldığını da xatırladıb. Qeyd edib ki, iyun ayı üçün ona ödəmə verilmədiyinin səbəbini bilmir.

Ceyhunə Təvəkkülqızının sözlərinə görə, nə o, nə də həyat yoldaşı işləyir. Özünün adına heç bir əmlak - torpaq sahəsi də yoxdur.  Hətta Qubadlı rayonunda qeydiyyatda olsa da, məvburi köçkün kimi də müavinət almır.

Maraqlıdır, əgər vətəndaş aprel və may aylarında 190 manat birdəfəlik ödəmə alıbsa, indi niyə bundan məhrum edilməlidir?

Sosial şəbəkələrdə qeyd edilən kütləvi etirazlardan belə məlum olub ki, aprel və may aylarında 190 manat alan, lakin iyun ayında birdəfəlik ödəmədən məhrum edilənlərin sayı heç də az deyil.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin vətəndaşlara verdiyi cavab bu dəfə də narazılıq doğurub.

Naziliyin mətbuat katibi Fazil Talıbov faktiki Bakıda yaşayıb rayon qeydiyyatında olanların əksəriyyətinə birdəfəlik ödəmə (190 manat) verilmədiyi barədə qeyd edilənləri əsassız adlandırıb.

“Aprel-may ayları üzrə ödəməni almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı hazırda xüsusi karantin rejiminin mövcud olduğu 16 şəhər və rayona aid olan bütün şəxslər növbəti dəfə birdəfəlik ödəmə ilə təmin olunublar.

Yəni hansısa şəxs qeydiyyatda olduğu rayondan asılı olmayaraq, faktiki yaşayış yeri kimi həmin 16 şəhər və rayondan birini qeyd edibsə, ona bu ödəmə verilib.

Onu da qeyd edim ki, birdəfəlik ödəmə Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, vətəndaşlara dair məlumatların aidiyyəti informasiya sistemləri üzərindən Qərarla təsdiq edilmiş meyarlara uyğunluğunun təkrar yoxlanılması əsasında verilib.

Aprel-may aylarında ödəmə ilə təmin olunmuş şəxslərdən hansılar ki, adlarında əmək müqaviləsi, VÖİN, torpaq payı və s. aşkar edilib, onlar növbəti dəfə bu ödəməni almayıblar”.

Nazilik rəsmisinin sosial şəbəkədəki açıqlaması birmənalı qarşılanmayıb....

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir