Modern.az

TƏBİB-dən çimərliklərlə bağlı AÇIQLAMA

TƏBİB-dən çimərliklərlə bağlı AÇIQLAMA

10 İyul 2020, 19:52

Çimərliklərlə bağlı məsələ hamını narahat edir.

 

Modern.az istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, çimərliklər açıq elan olunsa, ora axın çox olacaq:

 

 

"Kimisə içəri buraxıb, kimisə buraxmamaq olmaz. Burda çox ciddi problemlər ortaya çıxa bulər. Əsas məqsəd insanların kütləvi toplanmasının qarşısını almaqdır. Bu məsələ nəzarətdədir. Çalışırıq, bu məsələ həll olunsun".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır