Modern.az

Daha bir ölkədə fövqəladə vəziyyət rejimi uzadılıb

Daha bir ölkədə fövqəladə vəziyyət rejimi uzadılıb

10 İyul 2020, 20:06

Moldovada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki,  Moldovanın Baş Naziri İon Kiku bu gün bildirib ki, hakimiyyət fövqəladə vəziyyət rejiminin müddətinin iyulun 31-dək uzadılması ilə bağlı qərar qəbul edib.

O qeyd edib ki, bu müddət ərzində tətbiq olunan qadağa və məhdudiyyətlərin böyük hissəsi qüvvədə qalacaq.


Qeyd edək ki, Moldovada indiyə kimi COVID-19-a 18 924 yoluxma qeydə alınıb, 635 nəfər vəfat edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir