Modern.az

48 COVİD-19 xəstəsi süni tənəffüs aparatına qoşulub - STATİSTİKA

48 COVİD-19 xəstəsi süni tənəffüs aparatına qoşulub - STATİSTİKA

Aktual

10 İyul 2020, 21:44

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 10-na olan statistik göstəriciləri açıqlayıb.

 

Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 576 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 552 311  test aparılıb. İndiyədək 292  nəfər COVID-19-dan dünyasını dəyişib, 14 093 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 605 nəfərdir. Hazırda 343 nəfər reanimasiyada müalicə alır. 48 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 526 yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?