Modern.az

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin əsl ixtisası - Jurnalist, tərcüməçi, iqtisadçı…

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin əsl ixtisası - Jurnalist, tərcüməçi, iqtisadçı…

11 İyul 2020, 10:45

Azərbaycan Respublikasının Milli Məclisini hazırda 121 deputat təşkil edir. Parlamentdə 15 komitə var ki, onlar da müxtəlif sahələri əhatə edir.

 

Maraqlıdır, müxtəlif sahələri əhatə edən komitə üzvlərinin əsl ixtisası nədir?

 

Modern.az-ın əməkdaşı Mill Məclisin deputat mandatlı üzvlərinin ixtisaslarını araşdırmağa davam edir.

 

Bu dəfə parlamentin İctimai birliklər və dini qurumları komitəsi üzvlərinin ixtisaslarını araşdırdıq:

 

Fəzail İbrahimli - İctimai birliklər və dini quurumlar komitəsinin sədri. Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təsil alıb. 1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist partiyası tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

 

Sahib Alıyev- İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavinidir. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, ixtisasca jurnalistdir.

 

Sevinc Fətəliyeva - Azərbaycan Dillər Universitetində (ADU) tərcümə ixtisası üzrə təhsil alıb, filologiya üzrə fəlsəfə doktorudur.

 

Anar İsgəndərov – Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb, ixtisasca tarixçidir.

 

Ceyhun Məmmədov – Deputat Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil alıb. Daha sonra Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr dərəcəsinə yiyələnib. Azərbaycanda isə  Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsini qazanıb. İxtisasca dinşünas, tərcüməçidir.

 

Cavanşir Paşazadə - Deputatın təhsil aldığı müəssisə barədə internet üzərində hər hansı məlumat yoxdur. Lakin qeyd edək ki, Cavanşir Paşazadə ixtisasca iqtisadçıdır.

 

Azər Badamov – Deputat Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti)  və Azərbaycan Texnologiya İnstitutunda təhsil alıb. İxtisasca iqtisadçıdır.

 

Malik Həsənov – deputatın ixtisası ilə bağlı internet resursları üzərində hər hansısa məlumata rast gəlmədik. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir