Modern.az

Gəmiqayırma, maşınqayırma... - Bu adlar dəyişə bilərmi?  

Gəmiqayırma, maşınqayırma... - Bu adlar dəyişə bilərmi?  

Aktual

11 İyul 2020, 13:13

 

Dilimizdə elə sözlər, mürəkkəb ifadələr var ki, diqqət cəlb edir. Yəni xüsusilə bəzi müəssisə və qurumların adının ikili məna daşımasını buna nümunə göstərə bilərik. Məsələn, gəmiqayırma, maşınqayırma, dəzgahqayırma və s.

 

Bu ifadələrin sonuncu birləşməsi olan “qayırma” sözü sifət kimi  saxta, uydurma mənasını versə də feil kimi emal etmək, hazırlamaq mənasını verir.

 

Maraqlıdır, ikili məna daşıyan bu sözü başqa ifadə ilə dəyişmək olmazdımı? Məsələn, elə düzəltmə ya qurma kimi: Gəmidüzəltmə, maşınqurma…

 

Məsələ ilə bağlı Modern.az-a danışan  tanınmış telejurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli bəzi adların sonunda işlənənən “qayırma” sözünün artıq dildə oturuşduğunu lakin daha incə ifadələrin işlənə biləcəyinin də mümkün olduğunu bildirib:

 

“Azərbaycan dilində düzəltmə sözlər həddindən artıq çoxdur. Gəmiqayırma, maşınqayırma, dəzgahqayırma kimi mürəkkəb sözlər də dildə geniş yayılıb. “Qayırma” sözünü dəyişdirmək düşünürəm ki, yalnış yanaşma olar. Çünki bu sözlər dildə kifayət qədər çox işlənir, yazılır. Ona görə yenilik etməyin mənası yoxdur. Onu deyim ki, qayırma sözü ilə düzəltmə sözünün mənaları heç də bütün kontekslərdə eyni deyil. Bundan başqa bu sözlərdə bütövlükdə gəmini, dəzgahı ya maşını tam şəkildə düəktməkdən söhbət getmir yəni bu sahəyə aid olan ümumi ifadə kimi qayırma sözündən istifadə edilir və məncə uğurlu tapıntıdır.

 

Biz istənilən sözün alt mənasının uyğun olmayan çaları varsa və bunu dəyişdirməyə cəhd etsək əlavə problemlər yaranar. Məncə sözlərə toxunmasaq yaxşıdır. Yeni ifadələr tapa bilərik yaxud o prosesi izah edən incə ifadələr işlətmək olar. Amma bu əsas vermir ki, dilin orfoqrafiyasında möhkəmlənmiş sözləri dəyişdirək. Bu cəhdin özü dilə fayda verməz. Azərbaycan dili üçün bu tip sözlərin işlənməsi heç bir cəhətdən qüsur deyil”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?