Modern.az

Formula 1-i bu ölkədə canlı izləmək olacaq

Formula 1-i bu ölkədə canlı izləmək olacaq

11 İyul 2020, 15:35

Formula 1 üzrə Rusiya Qran-Prisinin təşkilatçıları Soçi avtodromunda təşkil olunacaq yarışları tamaşaçıların iştirakı ilə keçirmək niyyətində olduqlarını açıqlayıblar.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya mərhələsinin promouteri Aleksey Titov məlumat verib. O bildirib ki, bu yarış hazırkı mövsümdə tamaşaçıların canlı izləyəcə biləcəkləri ilk Qran-Pri olacaq. A.Titov Rusiya Federasiyası Hökumətinin və Formula 1 rəhbərliyinin birgə səyi nəticəsində Qran-Prinin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlərin həyata keçirildiyini də vurğulayıb.

 

Qeyd edək ki, Formula 1 rəhbərliyi Rusiya Qran-Prisinin sentyabrın 25-27-də keçiriləcəyini təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir