Modern.az

\"Sevinj, are this shame necessary for you?\"

\

12 İyul 2020, 11:25

Mənə dedilər ki, Sevinc Osmanqızı məni də möhkəm danlayıb. Baxdım ki, həqiqətən danlayıb.  Xanım fikri kontekstdən çıxarmaq ustasıdır. Ümumiyyətlə bu tip adamlara bu istiqamətdə çox güclü təlimlər keçiblər.

 

Mən bir binəvanın Azərbaycan xalqını təhqir etməsindən yazmışam. Osmanqızı isə “məntiqini” həmin binəvanın xəstəliyinə istiqamətləndirib. Bunu qoyaq bir tərəfə. Axı bu qadına   insanları danlamaq, onlara dərs keçmək hüququnu kim verib?  Sertifikatı var!? Qadın olan bir az da utanar. Utanmaq demişkən, Sevinc xanın ingiliscə yaxşı bilir. Ona tövsiyyə edərdim ki, bax bu kitabı oxusun... Is shame necessary? (müəllif Jennifer Jacquet). Kitabın adı Azərbaycan dilində belədir: Xəcalət nəyimizə lazımdır? Yaxud Abır-həya nəyimizə lazımdır?

 

Həmin kitabda  müəllif Şərqlə Qərbi müqayisə edərək xeyli misallar gətirir:  Məsələn, “Salman Rüşdü yazırdı: Xəcalət, mənim əziz oxucularım, təkcə Şərq üçün səciyyəvi deyil. Papa XVI Benediktin ABŞ - da səfərdə olarkən katolik kilsəsinə yönəlik bir skandalda “dərindən xəcalət çəkdim” söyləməsi,  Repper  Kane Uestin MTV (Video Music Awards) də  “Ən yaxşı qadın videosu” üzrə nominasiyasının qalibi olan Teylor Sviftin əlindən mikrafonu qapmasından sonra  “xəcalət çəkdim” deməsi kimi maraqlı misallar çəkilir. Demək xəcalət həm də Qərb üçün xarakterik xüsusiyyətdir. Və təsadüfi deyildir ki, Şekspir “xəcalət” sözünü əsərlərində 344 dəfə işlədib.  

 

Bunlar Qərb dünyasına aiddir.  Sevinc Osmanqızı çoxdan vətənini tərk etdiyindən xəcaləti (həyası) metamarfozaya uğrayıb. Adama elə gəlirki, gülə-gülə xəcalət çəkir. Ancaq ona tövsiyyə edərdim ki, Jennifer Jacquetin adını çəkdiyim kitabından öncə görkəmli filosofumuz Həsən Quliyevin “Arxetipik azəri” kitabını da oxusun.  Həsən Quliyev “Həya” arxetipində yazır:  “Yad mühitin vəziyyətindən asılı olaraq davranışın iki yönümü mümkündür: Ya utancaqlıq fərdin hərəkətini tamamilə iflic edir və yeni şəraitə uyğunlaşmanı çətinləşdirir, ya da utancaqlıq hissinin özünü iflic vəziyyətinə salır və azərbaycanlı geniş əməliyyat meydanına çıxır; bunun nəticəsində formalaşan tip son dərəcə bayağı, sırtıq, kobud, zəhlətökən görünə bilər. Utancaqlığın belə bir ambivalent formada özünü biruzə verməsi birbaşa şəxsiyyətin mental keyfiyyətlərindən və əsasən yad mühitin təhriketmə xüsusiyyətindən asılıdır. Yeni adamların arasında azərbaycanlı spontan şəkildə utancaqlıq maskasını taxır və müvəqqəti olaraq öz çatışmazlıqlarını  və gizli niyyətlərini gizlədir; o, utancaqlıqla özünü gözlənilməz hadisələrdən mühafizə edir və yavaş-yavaş mühitə uyğunlaşır.”

 

Sevinc Osmanqızı xəcalət məsələsində ambivalentliyi də itirib. İngilis müəllifinin kitabının adının ikinci tərcüməsi daha tutarldır: Bizə abır - həya lazımdırmı? Biz gündəlik həyatda cox vaxt “həyan olsun”deyirik.  Mən isə deyirəm: “Həyan olsun ay qız, keçdiyin həyat yoluna bax, yalan danışma , əvvəl özünü danla, sonra başqalarına keçərsən…”

 

Bir dəfə tanınmış filosofların biri maraqlı bir fikir söylədi: “Əvvəl övladları atalarına görə tanıyardılar, indi ataları övladlarına görə tanıyırlar.” Aforizm dəqiq deyilib. Allah Osman Mirzəyevə rəhmət eləsin…

 

Etibar Əliyev

fəlsəfə doktoru,  millət vəkili

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?