Modern.az

Azərbaycanlı politoloqların erməni təxribatı ilə bağlı məqalələri xarici mətbuatda

Azərbaycanlı politoloqların erməni təxribatı ilə bağlı məqalələri xarici mətbuatda

15 İyul 2020, 12:42

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşlarının iyulun 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin Ermənistan Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı bir sıra xarici nəşrlərdə məqalələri dərc olunub.

Modern.az xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Eurasia Review” nəşrində dərc olunmuş “5 avqust 2019-cu ildə alışan qurğu 12 iyul 2020-də partladı: Ermənistan-Azərbaycan münaqişəsi gərginləşir” başlıqlı məqaləsində (//www.eurasiareview.com/14072020-fuse-lit-on-august-5-2019-detonates-on-july-12-2020-armenia-azerbaijan-conflict-flares-up-oped/) ötən ilin yayında Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri zamanı “Dağlıq Qarabağ-Ermənistandır” ritorik bəyanatına diqqət çəkilir və bildirilir ki, bu, BMT qətnamələrinə məhəl qoymadan qonşu ölkənin torpaqlarının ilhaqının rəsmi şəkildə bayan edilməsi idi. Həmçinin müəllif buna bənzər bəyanatların 2019-cu il ərzində müxtəlif dövlət rəsmiləri tərəfindən də təkrarlandığını dilə gətirərək həmin il yeganə müsbət məqamın təmas xəttində itkilərin minimuma düşməsi olduğunu vurğulayır. “Təəssüf ki, danışıqlarda dönüş nöqtəsi üçün imkanlar pəncərəsi bağlıdır. Hadisələrin necə inkişaf edəcəyini demək çətindir, lakin Cənubi Qafqaz üfüqlərində artıq sülh görünmür”. 

 

 Həmçinin BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın İtaliyanın «Wolrd Geostrategic Insights» portalında “Azərbaycana qarşı növbəti müharibə çıxış yolu deyil, yaxud nə üçün Ermənistan təxribatlara son qoymalıdır” başlıqlı məqaləsi (//wgi.world/waging-another-war-against-azerbaijan-is-not-a-panacea-or-why-armenia-should-stop-its-provocation/) çap edilib. Məqalədə bildirilir ki, Ermənistanın daxili və xarici siyasətdə yaşadığı uğursuzluqları ört-basdır etmək üçün Azərbaycana qarşı törətdiyi bu təxribat əslində onun həm daxili, həm də xarici siyasətdə üzləşdiyi problemlərin həlli yolu deyil və nə qədər tez Ermənistan bu həqiqəti dərk edərsə, bir o qədər tez öz xalqını sürüklədiyi fəlakətlərdən xilas edə bilər.

 

BMTM-in baş mütəxəssisi Vasif Hüseynovun Avropa İttifaqında nəşr olunan “Euractiv” portalında dərc olunan “Ermənistan və Azərbaycan arasında davam edən toqquşmalardan dərs çıxarıldı” adlı məqaləsində (//www.euractiv.com/section/azerbaijan/opinion/lessons-learned-from-ongoing-clashes-between-armenia-and-azerbaijan/) müəllif ilk növbədə vurğulayır ki, Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş torpaqlardan kənarda həyata keçirdiyi düşmənin artıq işğal altında olan torpaqlarla kifayətlənməyib, yeni əraziləri nəzarət altına almaq istədiyini göstərir: “Təxribatla iki ölkə arasındakı sərhəddə təxribat törədərək Rusiyanı daha intensiv şəkildə Ermənistan – Azərbaycan münaqişəsinə cəlb etmək və mümkündürsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) da Azərbaycana qarşı mövqe göstərməsinə nail olmaq niyyəti güdülür. Son hadisələr bir daha təsdiq edir ki, Ermənistan – Azərbaycan münaqişəsi donmuş münaqişə deyil və hər an böyük həcmli müharibə həddinə çatmaq riski daşıyır”.

 

Vasif Hüseynovun ABŞ-da Ceymstaun Fondunun nəzdində nəşr olunan Avrasiya Günlük Monitorunun (Eurasia Daily Monitor) saytında dərc edilmiş “Ermənistan-Azərbaycan münaqişəsi sərhəddə intensiv qarşıdurma  nəticəsində kəskinləşir” adlı  məqaləsi də (//jamestown.org/program/armenia-azerbaijan-conflict-escalates-with-intense-border-confrontation/) oxşar fikirləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi güdür. Burada xüsusilə Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarının əhəmiyyətsiz olmasından və beynəlxalq vasitəçiliyin heç bir nəticə verməməsindən bəhs olunur.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər