Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Aktual

15 İyul 2020, 13:20

16 iyulda gözlənilən hava şəraiti açıqlanıb. 

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, 16 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər  yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-25,  gündüz  31-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. 

 

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.   

 

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.  

 

16 iyulda Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. 

 

Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz  31-36, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə  isti olacaq.   

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 16-da Abşeron yarımadasında temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi