Modern.az

Səfir: “Sondakı qanqaraldıcı hadisə olmasaydı, dünən gecə hər şey möhtəşəm idi”

Səfir: “Sondakı qanqaraldıcı hadisə olmasaydı, dünən gecə hər şey möhtəşəm idi”

15 İyul 2020, 14:08

“Məni bu sətirləri yazmağa vadar edən hansısa ambisiya, yaxud ziyalılıq, və ağsaqqallıq missiyası deyil. Sadəcə, Azərbaycanın bir vətəndaşı kimi keçirdiyim həyəcan və narahatlıq hissidir. Sondakı qanqaraldıcı hadisə olmasaydı, dünən gecə hər şey möhtəşəm idi”.

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib.

Səfir deyib ki, xalqımız, insanlarımız göstərdi ki, heç nə bizə Qarabağı, işğal faktını unutdura bilməz, mütləq və mütləq torpaqlarımızın sahibi olacağıq.

“İşğalçı ermənilərin ən böyük ümidlərindən biri həm də milli yaddaş hissindən yoxsunluğumuza, unutqanlığımıza idi. Dünənki ümumxalq həyəcanı bu ümidin əsassızlığını göstərdi.
Eyni zamanda unitmayaq ki, xaos və başsızlıq xalqımıza yeni fəlakətlər gətirə bilər. Dövlətimizin ətrafında daha sıx birləşək, polisin qanuni tələblərinə hörmətlə yanaçaq, təxribarçılara uymayaq, onları özümüz inandıraraq susduraq, yaxud qanuni hakimiyyət nümayəndələrinə müraciət edək.
Nözənbillah, hamımız müsəlmanıq. Allahın birliyinə və böyüklüyünə iman gətirmişik. Amma "Allahi Əkbər" təkbirini siyasi şüara çevirib işğalçıya qarşı mübarizəmizə islam fundamentalizmi donu geyindirmək olmaz! Biz din davası aparmırıq, tələbimiz torpaqlarımızın işğaldan azad olunmasıdır.
Bu gün qorumalı olduğumuz ən böyük nemət Azərbaycan dövlətçiliyidir!
Bu gün keşiyində durmalı olduğumuz ən böyük dəyər Azərbaycan ordusudur!”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir