Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası 2009-cu illə bağlı hesabatını təqdim edəcək

QHT-lərə Dövlət Dəstəyi Şurası 2009-cu illə bağlı hesabatını təqdim edəcək

15 Yanvar 2010, 20:00

Yanvarın Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda Şuranın 2009-cu il fəaliyyətinə aid hesabatı müzakirə edilib. Bildirilib ki, hesabatda Şuranın ötən illik fəaliyyəti əhatəli əks olunub və Şura üzvlərinin qeydləri nəzərə alındıqdan sonra hesabat ictimaiyyətə və müvafiq strukturlara təqdim edilə bilər.
İclasda qrantın alınması (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması qaydalarına əsasən qrant müqavilələrinin notarial qaydada təsdiq olunması məsələsi müzakirə edilib. Ədliyyə Nazirliyinə qeydiyyat üçün təqdim edilən qrant müqavilələrinin notarial qaydada təsdiq edilməsi maddəsinin dəyişdirilməsi üçün Şura tərəfindən müvafiq təkliflərin hazırlanması qərara alınıb.
İclasda QHT-lərin öz fəaliyyəti haqqında Maliyyə Nazirliyinə illik maliyyə hesabatı verməsi ilə bağlı QHT-lər haqqında qanunun müvafiq müddəasının həyata keçirilməsi məsələsi də müzakirə edilib. Bu sahədə bir sıra çətinliklərin mövcudluğu vurğulanıb. Qeyd edilib ki, hesabatların forma və məzmunu ilə bağlı bir sıra məsələlər QHT mühasibatlığı üçün yenidir. Həmçinin, hesabat formalarının təkmilləşdirilməsinə və bu yöndə QHT-lərin hazırlığının artırılmasına ehtiyac olduğu bildirilib. Bunun üçün QHT-lərə treninqlərin keçirilməsinin vacibliyi qeyd edilib. Bütün bu hazırlıq işlərinin həlli üçün müəyyən vaxtın lazım olması vurğulanaraq, QHT maliyyə hesabatlarının Maliyyə Nazirliyinə təqdim edilməsinə 1 aprel 2011-ci ildən başlanması üçün təkliflərin hazırlanması qərara alınıb.
İclasda QHT-lərin dövlət qeydiyyatı ilə bağlı məsələ də müzakirə edilib. Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəisi, Şura üzvü İlqar Məmmədov QHT-lərin qeydiyyatı ilə bağlı arayış verərək, Şura üzvlərinin suallarını cavablandırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?