Modern.az

Deputat: “Şəhid olan hərbçilərimizin qanı yerdə qalmayıb və qalmayacaq”

Deputat: “Şəhid olan hərbçilərimizin qanı yerdə qalmayıb və qalmayacaq”

15 İyul 2020, 16:27

“Şəhidlərimizin dəfn olunduğu bölgələrdə hərbçilərimizin nəşi yerli əhali tərəfindən böyük hörmət və sevgi ilə qarşılandığını gördük. İnsanlar düşmənə qarşı intiqam, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara dəstəklərini nümayiş etdirdilər. Azərbaycan vətəndaşı birdaha həmrəylik və birlik nümayiş etdirdi. Xalqımız Ali Baş Komandanın, Dövlətimizin, Azərbaycan ordusunun yanında olduğunu bir daha göstərdi”.

 

Modern.az xəbər verir ki, bu fikirləri millət vəkili İmamverdi İsmayılov  bildirib.

Millət vəkili qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi, dinc sakinləri hədəfə alması, təcavüzdür, növbəti təxribatdır:

“Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan ordusu tərəfindən Ermənistanın təxribatına qətiyyətli cavab verilib. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Bu döyüşlərdə şəhid olan hərbçilərimizin qanı yerdə qalmayıb və qalmayacaq”.

 

 İ.İsmayılov vurğulayıb ki, belə bir vəziyyətdə hər birimiz ayıq-sayıq və diqqətli olmalıyıq:

“Təəssüflər olsun ki, xalqımızın birliyini, həmrəyliyini, dövlətimizə və ordumuza göstərdiyi dəstəyi gözü götürməyən qüvvələr mövcuddur. Bu kimi qüvvələr hər fürsətdə birliyə mane olmaq, təxribatlar törətməyə cəhdlər edirlər. Hesab edirəm ki, Azərbaycan vətəndaşlarımız bu təxribatlara uymamamalı, ordumuzun dövlətimizin yanında olmalıdır. Biz təxribatçı qüvvələrə imkan verməməliyik ki, onlar bu birliyi, həmrəyliyi pozsunlar”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır