Modern.az

Almaniyada erməni təxribatlarına qarşı aksiya keçiriləcək

Almaniyada erməni təxribatlarına qarşı aksiya keçiriləcək

16 İyul 2020, 11:53

"Berlində Ermənistan respublikasının səfirliyi önündə  etiraz aksiyası keçiriləcək".

Modern.az xəbər verir ki, bunu Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Yaşar Musayev bildirib. Diaspor nümayəndəsi Almaniyada yaşayan azərbaycanlıları aksiyaya səsləyib:

 

"Əziz dostlar, dəyərli həmvətənlilər, doğma diyarımız Azərbaycanda olan vəziyyət hər birimizə bəllidir. Bu gün cismimiz qürbətdə olsa da, hər bir Vətən övladının qəlbi Azərbaycanda döyünür və döyünməlidir. Sizi vəzifədən və tutduğu mövqedən asılı olmayaraq hamınızı Azərbaycançılıq, öncə Vətəndir amalı altında birliyə çağırıram. 18 İyulda Berlində Ermənistan respublikasının səfirliyi önündə uyğun etiraz aksiyası planlaşdırırıq. Bu gün icazə ücün Berlin Polisinə müraciət etmişik. Sizə əlavə məlumatlar (saatı, təşkili və s.) haqda dəqiq məlumat Alyans tərəfindən veriləcək. Təşkilatı işləri 16.07. də nəzərdə tutulan İH genişləndirilmiş iclasında danışarıq.

Hamımıza və ilk növbədə şanlı Azərbaycan əsgərinə ugurlar və eşq olsun!"

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir