Modern.az

“XİN-in əvvəlki nüfuzunu geri qaytarmaq çətin işdir” - Sabiq nazir

“XİN-in əvvəlki nüfuzunu geri qaytarmaq çətin işdir” - Sabiq nazir

16 İyul 2020, 16:09

"Uzun illər əzrində Xarici İşlər Nazirliyinin (XİN) imicinə ziyan vurulub, o imici geri qaytarmaq çətin olacaq".


Bunu Modern.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. Eks-nazir yeni təyinata da münasibət bildirərək, qarşıda mühüm işlərin durduğunu qeyd edib:


"Xarici İşlər Nazirliyində axır vaxtlar problemlər var idi və bu ictimaiyyət tərəfindən də müzakirə olunurdu. XİN elə qurumdur ki, gərək orda korrupsiya və bu kimi digər hallar baş verməsin. Prezident dünən də çıxışında XİN-dən gözləntilərini açıqlayıb, iradlarını bildirdi. 

Elmar Məmmədyarov vəzifədə olanda mən həmişə iradlarımı, fikirlərimi bildirmişəm. İndi yenidən o fikirləri dilə gətirmək istəməzdim. XİN-ə rəhbərliyə yeni kadr gətirilməli idi ki, bu qurumda problemlər aradan qaldırılsın. Prezident bu nazirlik haqqında zaman-zaman çox danışıb tənqid edib. Qarşıda böyük işlər durur. Kimsə düşünməsin ki, xarici işlər naziri olmaq asan bir şey olacaq. XİN-in əvvəlki nüfuzunu, imicini geri qaytarmaq çətin işdir. XİN-də çalışan insanlara uzun illər ərzində ləkə vurulub. Amma fədakara diplomatlarımız yetərincədir. Onların əvvəlki imicini qaytarmaq, insanlarda bu nazirliyə inam yaratmaq mühüm vəzifələrdən biridir. Bu baxımdan Ceyhun Bayramova uğurlar arzulayıram, çünki XİN mənim üçün doğma nazirlikdir, uzun illər orda çalışmışam".  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir