Modern.az

Sankt-Peterburqda erməni təxribatına qarşı etiraz aksiyası - VİDEO

Sankt-Peterburqda erməni təxribatına qarşı etiraz aksiyası - VİDEO

17 İyul 2020, 09:59

Ermənistanın 12 iyuldan etibarən Tovuz rayonu istiqamətində törətdiyi təxribata etiraz olaraq dünyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar aksiyalar keçirir.

 

Modern.az xəbər verir ki, son günlərdə Türkiyədə, Almaniyada, Rusiyada, Polşada, ABŞ-da, Gürcüstanda bu qəbildən askiyalar keçirilib.

 

Növbəti aksiya Rusiyanın Sankt-Peterburq şəhərində baş tutub.

 

Erməni işğalına etiraz, Azərbaycan ordusuna dəstək məqsədilə keçirilən aksiyada Azərbaycan bayraqları dalğalandırılıb, şüarlar səsləndirilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir