Modern.az

İspaniyadakı Azərbaycan diasporu erməni təxribatına qarşı tədbir keçirib

İspaniyadakı Azərbaycan diasporu erməni təxribatına qarşı tədbir keçirib

Diaspor

17 İyul 2020, 12:40

"Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (ASB) təşkilatçılığı ilə Barselona Azərbaycan Evində tədbir keçirilib.

Bunu Modern.az-a arselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov bildirib. Diaspor nümayəndəsi deyib ki, tədbirin keçirilməsində əsas məqsəd son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisələr olub.

 

Tədbirdə Tovuz istiqamətində olan qarşıdurma nəticəsində vətən uğrunda canından keçən Şəhidlərimizin ruhunu ehtiramla yad etmək, həmçinin yerli ispan cəmiyyətinə sərhəddə baş verən aktual hadisələrin düzgün çatdırılması üçün lokal media və digər alternativ vasitələrdən istifadə imkanları müzakirə edilib.

Daha sonra çıxış edən Türkiyənin Barselonadakı baş konsul köməkçisi Gülay Demirtaş öz ölkəsinin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.

 

Tədbirin ikinci hissəsi açıq panel şəkilində davam edib. Barselona Vəkillər Kollegiyasının üzvü həmçinin Barselona Universitetinin professoru Javier Medina Ortiz və Barselonada fəaliyyət göstərən “Opportunity Network” şirkətinin vitse prezidenti Nizami Namazov tədbir iştirakçılarının suallarını cavablandırıb, sərhəddə baş verən aktual hadisələr fonunda Azərbaycan həqiqətlərinin ən real şəkildə İspaniyada təbliği məsələsini müzakirə ediblər.

Qeyd edək ki, tədbirdə həmçinin “zoom meeting” vasitəsilə İspaniyanın digər regionlarında yaşayan azərbaycanlılar və həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Leyla Həmzəyeva da iştirak edib. Daha sonra İspaniyanın Bilbao və Valensiya regionlarındakı diaspora rəhbərləri Fərid Mustafayev və Mübariz İbrahimov, onlayn şəkildə öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

 

Diaspor nümayəndəsi Kərim Kərimov şəhidlərə rəhmət diləyərək, azərbaycanlıların bir olduğunu qeyd edib:

"İspaniya azərbaycanlıları olaraq Azərbaycandan uzaqda yaşasaq da, ürəyimiz hər zaman Vətənimiz Azərbaycanla döyünür.

General-mayor Polad Həşimov daxil olmaqla Allah vətən uğrunda canını fəda edən bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şad və məkanları cənnət olsun. Yaxınlarına səbr diləyirik!".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir