Modern.az

Ali məktəbə qəbul imtahanları bu tarixlərdə keçiriləcək - RƏSMİ

Ali məktəbə qəbul imtahanları bu tarixlərdə keçiriləcək - RƏSMİ

17 İyul 2020, 14:30

“Avqustun 10-dək rezidentura və dövlət qulluğu ilə bağlı müəyyən təxirə salınan imtahanları keçirəcəyik”.

 

Modern.az-ın xəbərinə görə, bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.


DİM sədri avqustun 13-14-ü tarixlərində qəbul imtahanlarının da keçirilməsinin nəzərdə tutulduğunu istisna etməyib:
 

“Keçirilmiş bütün imtahanların nəticələri elan olunmalıdır. Avqustda 4 gün qəbul imtahanları keçirməyi nəzərdə tutmuşuq. Hazırda dəqiq tarixləri demək mümkün deyil, bu da karantin rejimi ilə əlaqədar olan səbəblərdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü