Modern.az

DİM yeni növ imtahanın keçirilməsi ilə bağlı layihə üzərində işləyir

DİM yeni növ imtahanın keçirilməsi ilə bağlı layihə üzərində işləyir

Təhsil

17 İyul 2020, 15:50

Dövlət İmtahan Mərkəzi gələcəkdə yeni növ imtahanın keçirilməsi ilə bağlı layihə üzərində işləyir. 

 

Modern.az-ın məlumatına görə, bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. 

 

Onun sözlərinə görə, bu layihə “Open book”, yəni “Açıq kitab” adlanır: “Bu layihə imkan verəcək ki, imtahan verən məsələnin həlli üçün müxtəlif vasitələrdən istifadə edə bilər. Biz hazırda bu konsepsiyanın üzərində işləyirik. Amma bu o demək deyil ki, qarşıdakı imtahanlarda bundan istifadə olunacaq, bunun həmin imtahanlara heç bir aidiyyəti yoxdur. Belə imtahanların gələcəkdə onlayn keçirilməsi təhülkəsizlik nöqteyi-nəzərindən daha düzgün ola bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı