Modern.az

Soydaşlarımız Ermənistanın ABŞ-dakı səfirliyi önündə etiraz aksiyası keçiriblər - VİDEO

Soydaşlarımız Ermənistanın ABŞ-dakı səfirliyi önündə etiraz aksiyası keçiriblər - VİDEO

17 İyul 2020, 16:07

Son günlər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın ölkəmizin dövlət sərhəddində hərbi təxribatlar törətməsinə etiraz olaraq bu ölkənin müxtəlif ölkələrdəki səfirliklərinin önündə aksiyalar keçirirlər.

 

Modern.az ABŞ-da yaşayan soydaşlarımız da Vaşinqtonda Ermənistan səfirliyinin qarşısına toplaşaraq baş verənlərə öz hiddət və kəskin etirazlarını bildiriblər. Əllərində Azərbaycan və Türkiyə bayraqlarını, erməni təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini, müxtəlif şüarların yazıldığı plakatları tutan soydaşlarımız Ermənistan səfirliyinin önündə Azərbaycanın dövlət himnini oxuyublar.

 

Aksiya ərzində tədbir iştirakçıları “Yaşasın Azərbaycan!” “Yaşasın millətimiz!”, “Yaşasın dövlətimiz!”, “Yaşasın birliyimiz!”, "Şəhidlər ölməz, vətən bölünməz!" şüarlarını səsləndirməklə dövlətimizə, xalqımıza və ordumuza dəstək olduqlarını ifadə ediblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər