Modern.az

Türkiyə - Ermənistan sərhəddində etiraz aksiyası keçiriləcək

Türkiyə - Ermənistan sərhəddində etiraz aksiyası keçiriləcək

Aktual

17 İyul 2020, 16:43

Türkiyə Ermənistan sərhəddində erməni təxribatına qarşı etiraz aksiyası keçiriləcək.

Bunu Modern.az-a Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal deyib. Diaspor üzvü aksiyanın Türkiyə-Ermənistan sərhədindəki Alican sərhəd-keçid məntəqəsində baş tutacağını qeyd edib:

 

"Tovuz istiqamətində Ermənistanın təxribat törətməsi ilə bağlı aksiya Türkiyə Azərbaycan Dostluq Dərnəyi, İğdır Azərbaycan Evi, Türkiyə Azərbaycan Dərnəyi və çox sayda vətəndaş cəmiyyətinin rəhbərliyi altında təşkil ediləcək. Aksiyaya bütün türklər və azərbaycanlılar dəvətlidir. Bazaertəsi olan aksiyamıza mətbuat da dəvətlidir, media vasitəsi ilə də lazımı açıqlamaları verəcəyik".

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı