Modern.az

Qətərdə Ermənistan əleyhinə yürüş 

Qətərdə Ermənistan əleyhinə yürüş 

17 İyul 2020, 22:30

İyulun 17-də Qətərdə yaşayan soydaşlarımız Ermənistanın təxribatçı əməllərinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə Doha şəhərində yürüş təşkil ediblər.

 

Modern.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyindən bildirilib ki, əllərində Azərbaycan bayraqları, eləcə də “Orduya dəstək!”, “Karabakh is Azerbaijan!” plakatları daşıyan soydaşlarımız, Ermənistanın təcavüzkar siyasətinə etirazlarını bildiriblər.

 

Soydaşlarımız paytaxt Dohanın bulvarı boyunca piyada şəkildə, həmçinin üzərində Azərbaycan bayraqları dalğalanan nəqliyyat vasitələri ilə yürüş ediblər. Aksiyanın sonunda Qətərdə yaşayan azərbaycanlılar vətənə sədaqət və bağlılıqlarını bir daha ifadə ediblər, Ermənistanın təcavüzkar siyasətini nifrətlə qınayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?