Modern.az

Səfirlikdən Londondakı erməni təxribatı haqda AÇIQLAMA

Səfirlikdən Londondakı erməni təxribatı haqda AÇIQLAMA

18 İyul 2020, 10:36

İyulun 12-də Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə bağlı Londonda yaşayan azərbaycanlı soydaşlarımız Londondakı Ermənistan səfirliyinin qarşısında dinc aksiya keçirib.

 

Bu barədə Modern.az-a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, mitinqdə təxminən 150 nəfər soydaşımız iştirak edib və onların bəziləri Britaniyanın digər şəhərlərindən sırf mitinqdə iştirak etmək üçün həmin gün Londona gəlib. Britaniyada yaşayan Türk icması da həmyerlilərimizə qoşulub. Mitinq zamanı azərbaycanlı soydaşlarımız “Qarabağ Azərbaycanındır”, “Erməni təcavüzünə son”, “Azərbaycan torpaqlarından əl çəkin” kimi şüarlar səsləndirib və Azərbaycan himni oxunub.

 

Mitinqin baş verməsinə bir neçə dəqiqə qalmış aydın olub ki, aksiyadan hansısa formada xəbər tutan Ermənistan tərəfi də həmin məkanda əks mitinq planlaşdırıb. Qarşı tərəfin əks mitinqində təxminən 50 nəfər iştirak edib.

 

Təəssüflər olsun ki, erməni tərəfi ənənəvi olaraq budəfə də azərbaycanlıların dinc aksiyası zamanı da təxribatlara əl ataraq Azərbaycanın dövlət atributları (gerb, bayraq və himnimiz), eləcə də dövlət başçısı haqqında təhqiramiz ifadələr və hərəkətlərə yol verib. Soydaşlarımız qeyd olunan təhqir və təxribatlar qarşısında təmkinli davranmağa çalışsa da, dövlət atributları və ölkə başçımızınşəklini müdafiə edərkən qarşı tərəf zorakılığa əl atıb. Qısamüddət davam edən qarşıdurma zamanı Mançester şəhərindən mitinqdə iştirak etmək üçün gələn soydaşımız Zaur Teymurov xəsarət alıb. Polisin müdaxiləsindən sonra qarşıdurma sonlanıb, etiraz aksiyası davam etdirilib.

 

Səfir Tağızadə erməni tərəfi ilə qarşıdurmada iştirakedən soydaşlarımızı səfirlikdə həmin gün qəbul edib vəonlara nümayiş etdirdikləri vətənpərvərliyə görə Azərbaycandövləti adından təşəkkür edib. Səfir bildirib ki, ilk növbədə birAzərbaycanlı, daha sonra isə diplomat kimihəmvətənlərimizin dövlət attributlarımızın və ölkə başçımızınmüdafiəsi üçün atdığı addımları tamamilə dəstəkləyir və buaddımların arxasında durur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi