Modern.az

Latviyada Diaspor təşkilatının üzvləri ermənilərə qarşı etiraz aksiyası keçirib

Latviyada Diaspor təşkilatının üzvləri ermənilərə qarşı etiraz aksiyası keçirib

Diaspor

18 İyul 2020, 12:40

Latviyadakı Azərbaycan icmasının üzvləri, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımız Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatlara etiraz olaraq aksiya keçiriblər.

 

Modern.az xəbər verir ki, aksiya çərçivəsində əvvəlcə həmvətənlərimizin avtomobillərdən ibarət etiraz yürüşü təşkil olunub. Üzərində “Erməni təcavüzünə son!”, “Qarabağın işğalına son!” kimi şüarların olduğu avtomobillər Riqa şəhərinin mərkəzi küçə və prospektləri boyunca hərəkət edib.

 

Daha sonra Azərbaycanın Latviyadakı səfirliyi qarşısında toplaşan aksiya iştirakçıları səfir Cavanşir Axundovla görüşüblər. Ölkəmizə qarşı həyata keçirilən hərbi təcavüz və erməni təxribatları ilə əlaqədar dövlətimizlə həmrəylik ifadə edən soydaşlarımız doğma Vətənimizin müdafiəsinə daim hazır olduqlarını söyləyiblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı