Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı 35 minə ÇATIR

Ermənistanda koronavirusa yoluxanların sayı 35 minə ÇATIR

Dünya

18 İyul 2020, 12:48

Son sutka ərzində Ermənistanda  461 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 34 min 462 nəfərə yüksəlib.

Modern.az  xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

 

Mərkəzdən verilən məlumatda qeyd edilib ki, ölkədə pandemiyadan ölənlərin sayı 631-ə çatıb, onların da 11 nəfəri son 24 saat ərzində dünyasını dəyişib.

 

Qeyd edək ki, hazırda Ermənistanda 10 min 507 aktiv koronavirus xəstəsi var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır