Modern.az

İranda koronavirusa yoluxanların sayı 270 mini keçdi

İranda koronavirusa yoluxanların sayı 270 mini keçdi

18 İyul 2020, 13:40

İranda ötən sutka ərzində daha 2166 nəfərin koronavirusa (COVID19) yoluxması ilə bu virusa yoluxanların sayı 271 606 nəfərə çatıb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, virus daşıyıcılarından 3 529 nəfərin vəziyyəti ağırdır. Ötən 24 saat ərzində İranda daha 188 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 13 979 nəfərə yüksəlib.

 

Nazirlik rəsmisi bildirib ki, indiyədək İranda 223 300 nəfər koronavirusdan sağalıb.

Sadat Lari Şərqi Azərbaycan, İlam, Buşehr, Rəzəvi Xorasanı, Xuzistan, Zəncan, Gülüstan, Mazandaran, Kirman və Fars vilayətlərinin qırmızı zonalar olduğunu deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 2,12 milyondan çox test həyata keçirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı