Modern.az

Belarusdakı azərbaycanlılar ordumuzu belə dəstəklədilər - FOTO

Belarusdakı azərbaycanlılar ordumuzu belə dəstəklədilər - FOTO

18 İyul 2020, 20:15

Belarusdakı Azərbaycan İcmaları və Diasporu Konqresinin nümayəndələri Azərbaycanın bu ölkədəki səfirliyi önünə toplaşaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində atəşə tutması nəticəsində qəhrəmancasına həlak olmuş əsgərlərin xatirəsini ehtiramla yad ediblər. Həmçinin Azərbaycan ordusuna dəstəyini ifadə etdiklərini bildiriblər.

 

Modern.az-ın verdiyi məlumata görə, mitinqdə çıxış edən səfir Lətif Qəndilov Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə ətraflı danışıb. O, Azərbaycan diasporunun nümayəndələrinə Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın əsas məqsədlərini izah edib.

 

Onun sözlərinə görə, Ermənistanın rəhbərliyi bölgədə yeni gərginlik ocağının başlanması ilə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilatların diqqətini yayındırmağa çalışır. Səfir Prezident İlham Əliyevin mövcud vəziyyəti həll etmək və sabitləşdirmək üçün gördüyü işlər, habelə Azərbaycan Təhlükəsizlik Şurasının iclasının nəticələri barədə ətraflı məlumat verib.

 

Diaspor nümayəndələrinə səfirlik tərəfindən görülən müvafiq işlər barədə də məlumat  aksiya iştirakçılarının diqqətinə çatdırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı