Modern.az

Almaniyanın Düsseldorf şəhərində Ermənistanın hərbi təxribatına etiraz - FOTO

Almaniyanın Düsseldorf şəhərində Ermənistanın hərbi təxribatına etiraz - FOTO

Diaspor

18 İyul 2020, 22:28

Bu gün Almaniyanın Düsseldorf şəhərində yaşayan soydaşlarımız mərkəzi küçələrin birində Ermənistanın hərbi təxribatına etiraz və Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə yürüş keçiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.

 

N.Abdullayevin sözlərinə görə, məqsəd Qarabağ həqiqətlərini, eləcə də Ermənistan ordusunun həyata keçirdiyi təxribatları alman xalqına çatdırmaq olub. 

 

Aksiya iştirakçıları yürüşdə “Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirərək ordumuz dəstək nümayiş etdiriblər. 

 

Eyni zamanda Ermənistan hakimiyyətinin çirkin əməllərini, təcavüzkar siyasətini əks etdirən plakatlarla şəhər sakinlərinin diqqətini çəkiblər.

 

Qeyd edək ki, etiraz yürüşü sabah Köln şəhərində davam etdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir