Modern.az

Fransadakı səfirliyimiz yenidən erməni radikal qruplarının hədəfində

Fransadakı səfirliyimiz yenidən erməni radikal qruplarının hədəfində

19 İyul 2020, 17:14

Fransadakı erməni lobbisinin yaratdığı Daşnaksütun partiyasının və beynəlxalq səviyyədə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları olan “Gənc daşnaklar” (FRA Nor-Seround) fraksiyasının üzvləri prefektura orqanlarından icazə almadan iyulun 19-da yerli vaxtla saat 14:50-də səfirliyimizin qarşısında nümayiş etməklə bağlı sosial şəbəkələrdə çağırış ediblər.

 

Modern.az xəbər verir ki, Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi son təxribatın məğlubiyyəti xaricdə yaşayan erməni lobbisini özündən çıxarıb. Nifrət dolu, daim terror aktları düşünən Daşnaksütun partiyasının və ASALA qrupunun üzvləri erməni məğlubiyyətini həzm edə bilmədikləri üçün son günlər xaricdəki diplomatik nümayəndəliklərimizi hədəfə alıblar.

 

Cari il iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində erməni təxribatından sonra Fransadakı erməni lobbisinin faşist üzvləri Parisdəki səfirliyimizin binasına, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzinə qarşı vandalizm aktı törədiblər.

 

Beyinləri terror aktı ilə yuyulan “FRA Nor-Seround” fraksiyasının üzvləri bu vandalizm aktı ilə kifayətlənməyib, yenidən sosial şəbəkələrdə səfirliyi yandırmaqla, ASALA terror qrupu ilə hədələməklə bağlı açıq şəkildə məlumatları geniş yayıblar. Məlumatlarda gənc daşnaklar törədəcəkləri mənfur aktları açıqlamaqdan çəkinmirlər.

 

Səfirliyimiz erməni daşnaklarının planları barədə Fransa Daxili İşlər Nazirliyinin aidiyyəti orqanlarını məlumatlandırıblar.

 

Bundan əvvəldə erməni faşist təşkilatının üzvləri Parisdə Sen-Östaş kilsəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş tədbirə soxularaq, anım tədbirini pozmağa cəhd etsələr də, özləri qınaq obyekti oldular. Allahın evinə hörmət etməyən faşistlər həmvətənliləri tərəfindən də qınanıldı.

 

Qeyd edək ki, “FRA Nor-Seround” fraksiyası düşərgələr təşkil edir və xaricdə yaşayan erməni mənşəli gəncləri bu düşərgələrə cəlb edərək, onları mənfur terror planlarını həyata keçirməyə hazırlayır. Düşərgələr haqqında sosial şəbəkələrdə məlumat yayaraq, onların vaxtı və yerini qeyd edirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu