Modern.az

Azərbaycana dəstək məqsədi ilə İğdırda velosiped yürüşü təşkil edilib - FOTO

Azərbaycana dəstək məqsədi ilə İğdırda velosiped yürüşü təşkil edilib - FOTO

19 İyul 2020, 21:08

Türkiyənin İğdır şəhərində Azərbaycana dəstək məqsədi  ilə velosiped yürüşü təşkil edilib.

 

Bu barədə Modern.az-a Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal məlumat verib. Diaspor nümayəndəsi yürüşün ermənilərin Tovuz təxribatlarına qarşı təşkil edildiyini qeyd edib:

 

“İğdır Velosiped Klubu, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının və Iğdır Azərbaycan Evinin birgə düzənlədiyi yürüşdə gənclər Azərbaycana dəstək şüarları səsləndiriblər. Erməni təxribatlarının pisləyən yürüş iştirakçıları Şəhid Mehmet Çavuşun məzarı yanında toplaşıblar.

 

Ermənilər artıq hədlərini çox aşıb, onlara lazımı avabı vermək lazımdır. Biz türk milləti olaraq Azərbaycanın yanındayıq, Azərbaycan tək deyil”, deyə Serdar Ünsal qeyd edib.

 

Yürüş zamanı İğdır Velosiped Klubunun rəhbəri Gökçen Açar da Azərbaycana dəstək olduqlarıbı bildirib:

 

“Tovuz strateji baxımdan qaz, neft və dəmiryoluxətti üzərində mühüm yer tutur. Bu ərazi həm də Türkiyə ilə Azərbaycan arasında bir bağdır. Bütün məsələlərdə olduğu kimi bu hadisələrdə də Azərbaycanın yanındayıq, dəstəyik. Bu yürüşün də məqsədi işğalçı rejimin pislənməsidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq