Modern.az

İngiltərə kubokunun finalında London derbisi olacaq

İngiltərə kubokunun finalında London derbisi olacaq

Dünya

19 İyul 2020, 23:27

İngiltərə kubokunda ikinci finalçı müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, yarımfinal mərhələsinin növbəti oyununda "Mançester Yunayted"lə "Çelsi" üz-üzə gəlib.

 

Londonda baş tutan qarşılaşmada rəqibinə qalib gələn "Çelsi" adını finala yazdırıb. London klubunun həlledici matçdakı rəqibi şəhərin digər təmsilçisi "Arsenal" olacaq.

 

Turnirin final qarşılaşması avqustun 1-də "Uembli" stadionunda keçiriləcək.

 

İngiltərə kuboku
Yarımfinal
19 iyul
"Mançester Yunayted" - "Çelsi" - 1:3

Fernandeş, 85 (pen.) - Jiru, 45+11; Munt, 46; Maquayr, 74 (avtoqol)

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!