Modern.az

Suriya Ordusunun erməni hərbçiləri Azərbaycanla sərhəddə YERLƏŞDİRİLƏ BİLƏR

Suriya Ordusunun erməni hərbçiləri Azərbaycanla sərhəddə YERLƏŞDİRİLƏ BİLƏR

Dünya

20 İyul 2020, 16:25

Ermənistan rəhbərliyi orduda zabit və əsgər çatışmazlığını aradan qaldırmaq üçün müxtəlif variantlar üzərində çalışır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Tovuz istiqamətində gedən döyüşlərdə ciddi itkilər verdikdən sonra hakimiyyət daxilində bununla bağlı bir  neçə varinat nəzərdən keçirilir.

 

Əsas variant artıq 9 ildir ki, vətəndaş müharibəsinin davam etdiyi Suriyada yaşayan çoxsaylı erməni icmasının nümayəndələrini Ermənistan və Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarına köçürməkdən ibartədir.

 

Hazırda Suriya Ordusunun sıralarında 2 mindən artıq erməni hərbçi xidmət keçir. Onlar əsasən, tank və artilleriya qoşunlarında xidmət keçirlər. Bundan başqa, Suriyanın hərbi zavodlarında xeyli sayda erməni mühəndislər çalışır.

Ermənistan hakimiyyəti onları ailələri ilə birlikdə Azərbaycanla sərhəd boyu ərazilərə köçürmək və gələcək hərbi əməliyyatlarda isitfadə etməyi planlaşdırır.

 

Bu həm əhalinin sürətlə azalmasının qarşısını almalı, həm də əsgər çatışmazlığını qarşılamaq üçün nəzərdə tutulub.

Hazırda prosesi həyata keçirmək üçün maliyyə mənbəyi axtarılır. Amma Suriya ermənilərinin Ermənistana köçmək planlarına isti baxmadıqları da xəbər verilir.   

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir