Modern.az

Anar Məmmədxanov - KVN kapitanı, sabiq deputatın qəfil ölümü - VİDEO

Anar Məmmədxanov - KVN kapitanı, sabiq deputatın qəfil ölümü - VİDEO

Aktual

20 İyul 2020, 18:38

Bir çoxlarımızın yadında Bakılı Oğlanlar Komandasının kapitanı kimi qalan, qısa ömründə çoxsaylı uğurlara imza atmış Anar Məmmədxanov. Bu gün onun doğum günüdür.

 

İxtisasca riyaziyyatçı olmasına baxmayaraq, biz onu yaradıcı işləri ilə tanıyıb-sevdik. Sözsüz ki, onu tamaşaçılara ən çox sevdirən də Şən və Hazırcavablar Klubu olub. Onun kapitanı olduğu klub 1992, 1993, 1995-ci illərdə MDB çempionu, 2000-ci ildə “XX əsrin çempionu” seçilir.

 

Anar Məmmədxanov eyni zamanda mətbuatda cəsarətli məqalələrlə çıxış edirdi.

 

Əsl vətənpərvər Anar Məmmədxanov - “Ən xoşbəxt dəqiqəmi Azərbaycan bayrağının Şuşada sancılması zamanı yaşayacam”,deyərdi.

 

O Milli Məclisin I, II və III çağırışlarının deputatı olub.

 

Anar Məmmədxanov Müasir Azərbaycan tarixində ən gənc deputat idi.

 

Maraqlıdır ki, Anar ailə həyatını da tez qurmuşdu – 22 yaşında. Bu evlilikdən onun 3 övladı – 2 qızı və 1 oğlu dünyaya gəlib.

 

Sağlamlığında ciddi bir problem olmayan Anar Məmmədxanov 41 yaşında qəfil ürək tutmasından vəfat edib, Bakılı oğlan 2-ci Fəxri Xiyabanda dəfn olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər