Modern.az

Tərtərdə qəza- 8 nəfər yaralandı

Tərtərdə qəza- 8 nəfər yaralandı

Aktual

20 İyul 2020, 20:38

Tərtərdə 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Qarağacı kəndində qeydə alınıb.

 

Belə ki, "Hyundai" markalı minik avtomobili hərəkətdə olan zaman idarəetməni itirərək qarşıdan gələn "Chevrolet" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

 

2 qadın yüngül xəsarət aldığı üçün evə - ambulator müalicəyə buraxılıb.(Qafqazinfo)

 

Digər 6 nəfər Əlisoy Ehtiram, Atayev Arzuman, Almazov Sahil, Hüseynov Hüseyn, Nəbiyev İslam, Əlizadə Elşən ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Yaralılardan 1-i Bakıya, 2-si isə Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı